Modern.az

İsrail: “Fələstinlilərə böyük ərazi güzəştlərinə getməyə hazırıq”

İsrail: “Fələstinlilərə böyük ərazi güzəştlərinə getməyə hazırıq”

Dünya

29 İyul 2013, 10:17

İsrailin Strateji Planlaşdırma naziri Yuval Ştayniç İsrailin böyük sülh sazişi naminə böyük ərazi güzəştlərinə getməyə hazır olduğunu bildirib. İsrailli məmur bunu İngiltərənin “Daily Telegraph” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, İsrail-Fələstin münaqişəsininin yeganə həlli iki xalq üçün iki ayrı dövlətin yaradılmasıdır. Yuval Ştayniç sülh sazişinin imzalanacağı təqdirdə israillilərin ərazi güzəştlərini dəstəkləyəcəyini bildirib.

“Bir şərtlə - yəhudilər əmin olmalıdırlar ki, əvəzində onlar əsl sülh qazanacaqlar”-deyə nazir əlavə edib. Sülh sazişimdə fələstinlilərin təhlükəsizlik təminatı vermələri, gələcəkdə İsrail dövlətinə ərazi iddialarından və qaçqınların öz torpaqlarına qayıtmasından imtina etməsi daxil edilib. Bundan əlavə fələstinlilər İsraili yəhudi dövləti kimi tanımalıdırlar. Ştayniçin sözlərinə görə, Fələstin tərəfi də güzəştə gedəcək. Belə ki, İordan çayının qərb sahilində salınmış yəhudi məskənlərinin bir neçəsi köçürülməyəcək. Amma fələstinlilərin ən böyük güzəştinin İsrail dövlətinin tanıması olacaq.

Qüdsün statusuna gəlincə nazir qeyd edib ki, yeganə yol mövcud status-kvonun saxlanması olacaq. Danışıqların gələn həftə başlanacağı gözlənilir. Bundan öncə İsrail fələstinlilərə qarşı xoşməramlı addım ataraq həbsxanalardakı fələstinlilərin bir qismini azad etmək niyyətindədir. Bundan əlavə, Benyamin Netanyahu bazar günü sülh sazişi ilə bağlı referendum layihəsini Knessetə təqdim edəcək. 

Vüqar İsmayılov  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu