Arxiv
12 Aprel 2010, 17:06 | MEDİA
Deputatlar və jurnalistlər "Qarabağ və media" mövzusunu müzakirə etdilər

Bu gün Atatürk mərkəzində Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü ilə “Qarabağ və media” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Həvva Məmmədova, Nazim Məmmədov, Zahid Oruc, Elman Məmmədov, Fazil Mustafa, Vahid Əhmədov, Aydın Mirzəzadə, Fuad Muradov, Fərrux Hüseynov, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,  Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı  və jurnalistlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, Qarabağ probleminin Kütləvi İnformasiya Vasitələrində əhatəli işıqlandırılması vacibdir: “Təşkilatımız Qarabağ problemi ilə bağlı mütəmadi tədbirlər həyata keçirir. Bu günkü tədbirimizi də Qarabağ probleminin mətbuatda işıqlandırılmasına həsr etmişik. Biz burada səslənəcək fikirləri ümumləşdirərək mediamızın gücü ilə Qarabağ məsələsini beynəlxalq media müstəvisinə çıxarmaq istəyirik ”.

 

Qarabağla bağlı tərcümə mərkəzi yaradılmalıdır

PJB-nin sədr müavini Xətayi Əzizov bu istiqamətdə qurumun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, PJB Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün beş dildə bukletlər çap etdirərək Türkiyədə xarici turistlərə paylayıb. “Bundan başqa, Quba məzarlığı ilə bağlı yeganə olan humanity.az saytının yaradılmasında da bizim xidmətlərimiz var. Yaxın zamanlarda Ukrayna, Pribaltika ölkələrində də jurnalist həmkarlarımızın köməyi ilə silsilə tədbirlər keçirəcəyik”.

X.Əzizov Qarabağ məsələlərinin tərcüməsinin asanlaşdırılması üçün PJB nəzdində bir tərcümə mərkəzinin yaradılmasını da təklif edib. 

“Çalışmalıyıq ki, informasiya müharibəsində öz qələbəmizi əldə edək” 

Tədbiridə çıxış edən millət vəkili Qənirə Paşayeva da bu mövzunun aktual olduğunu vurğulayıb.O bildirib ki, mətbuat bu sahədə proqramlarını genişləndirməlidir: “Bu gün dünya mətbuatının gücünü burada müzakirə etməyə ehtiyac yoxdur. Biz öz mediamızdan danışmalıyıq. Azərbaycan əhalisinin xeyli hissəsi mediaya baxır, televiziyaları izləyir. Mən hesab edirəm ki, Qarabağ mövzusu cəmiyyətimiz üçün ən önəmli prioritet mövzudur. Ona görə də mətbuat bu sahədə verilişlərin, proqramların sayını artırmalıdır. Azərbaycanın bu günkü gəncləri bizdən fərqli olaraq Qarabağ müharibəsini, ermənilərin etdiyi vəhşilikləri görmədikləri üçün biz onlara bölgələrimizi sevdirməliyik. Əlbəttə ki, bunu ancaq televiziyalar və mətbuat edə bilər. Televiziyalarda filmlərin və proqramların sayı çoxaldılmalıdır”. Q.Paşayeva onu da qeyd edib ki, mətbuatın ən vacib funksiyası təbliğat aparmaqdır:  “Azərbaycanlıların əksəriyyəti ölkədən kənarda yaşayır. Onlar Azərbaycan haqqında məlumatları peyk və internet vasitəsilə alırlar. Buna görə də dünya mətbuatında Qarabağla bağlı yazılar çıxaldılmalıdır. Son dövrlər ermənilər Naxçıvan və Sumqayıtla bağlı çox ciddi kampaniyalara başlayıblar. Onlar yalan məlumat verməklə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Bu istiqamətdə bizim jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşür. Jurnalistlərimiz mütləq onlara cavab verməlidirlər. Bu gün dünyada Azərbaycan gəncləri çoxlu sayda müxtəlif şəbəkələr yaradıb, fəaliyyət göstərirlər. Biz onların köməyindən istifadə etməliyik. Çalışmalıyıq ki, informasiya müharibəsində öz qələbəmizi əldə edək”.

 

 

Azərbaycan jurnalistləri cəmiyyəti Qarabağla bağlı son həddə hazırlamalıdır

 

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Azərbaycan jurnalistləri cəmiyyəti Qarabağla bağlı son həddə hazırlamalıdır: “Qarabağ probleminin axırı müharibədir. 50 ildir ki, böyük dövlətlər heç bir iş görə bilməyib. Əgər İsrail-Fələstin müharibəsi sülh yolu ilə həll edilmədisə, demək Qarabağ müharibəsi də həll edilə bilməz. Bu gün Ermənistan diasporu bizimkilərdən daha çox iş görür. Onların küllü miqdarda vəsaitləri var. 1994-cü ildən bəri biz torpaqlarımızı azad edə bilməmişik. Bu, danılmaz faktdır. Mətbuat güclü də olsa, torpaqlarımız sözlə geri qaytarılmayacaq. Ona görə də biz mübarizə aparmalıyıq. Xarici mətbuata çıxmaq üçün səylər göstərməliyik”.

V. Əhmədov televizya kanallarından çox narazı olduğunu da qeyd edib: “Bu gün televiziya kanalları daha çox reklamlara yer verir. Ordu quruculuğu, hərbi vətənpərvərliklə bağlı verilişlər yoxdur”.

 

Media Milli Məclisə kömək etməlidir

 

Millət Vəkili Fazil Mustafa medianın Milli Məclisdən daha çox iş gördüyünü vurğulayıb: “Biz indiyə kimi Milli Məclisdə Qarabağ məsələsinin qapalı keçirilməsinə nail ola bilməmişik. Milli Məclis Qarabağ mövzusunun içərisinə girə bilmir. Bu istiqamətdə media Milli Məclisə kömək etməlidir. Dünyada olan tərəfli hüquqi şəxslərin fikirlərini Azərbaycan cəmiyyətinə mətbuat çatdırmalıdır. Onu da deməliyik bu gün media bizdən daha fəaldır”. F.Mustafa İctimai Televiziyada yayımlanan video çarxın daha emosianal səsləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. 

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük bir portalın yaradılmasına ehtiyac var

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bu emosionallığın əhəmiyyətsiz olduğunu bildirib: “Bunun heç bir xeyri yoxdur. Çünki televiziyalarda ingilis dilində gedən xəbərlərin səviyyəsi çox aşağıdır”. E.Şıxlı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük bir portalın yaradılmasının vacib olduğunu bildirib: “Bu portalda Azərbaycan tarixi, Azərbaycanda gedən proseslər işıqlandırılmalı və bu, gündəlik yenilənməlidir”.

 

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev təqdim olunan layihələr içərisində prioritet mövzuların Qarabağla bağlı olduğunu bildirib. O, həmçinin qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası əhəmiyyətli layihələri maliyyələşdirdiyi üçün parlament bu quruma vəsaiti çox ayırmalıdır. 

O qeyd edib ki, 3 il ərzində Şura bu istiqmətdə 44 layihə dəstəkləyib və ümumilikdə bu layihələrə 459 min manat ayrılıb.

 

Qarabağ məsələsi ilə bağlı televiziyalarda təbliğat yox dərəcəsindədir

 

Millət vəkili Fərrux Hüseynov çıxışında bildirib ki, Qarabağ məsələsi ilə bağlı televiziyalarda təbliğat yox dərəcəsindədir: “Mən 20 ildir ki, Qarabağ mövzusunu həllini kompleks formada görmədim. Kim nəyi, necə istəyirsə, elə də deyir. Ermənilər isə bundan istifadə edir. Onların gücü bizim zəifliyimizdədir. Mediaya imkan yaradılmalıdır ki, xaricə çıxsın”.

 

Döyüşkən ordumuz barədə təbliğata çox az yer verilir

 

Millət vəkili Həvva Məmmədova mediaya iradı olmadığını bildirib: “Ancaq ermənilərlə bağlı bizim mediada az təbliğat aparılır. Həmçinin döyüşkən ordumuz barədə təbliğata çox az yer verilir”.

 

Günay MUSAYEVA

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tərtərdə adam öldürmək istədi - Bakıda tutuldu 13 Dekabr 2019, 12:37 Beynəlxalq təşkilatlardan parlament seçkilərini izləməyə gələn olacaq? 13 Dekabr 2019, 12:35 Azərbaycanın yeni Ombudsmanı Türkiyə səfirini qəbul edib 13 Dekabr 2019, 12:29 Rəsmi Bakı humanitar yardımı rəsmən Albaniyaya təqdim edib 13 Dekabr 2019, 12:24 Yevlax sakinlərinin paytaxtda oğurluq istəyi alınmadı 13 Dekabr 2019, 12:22 İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib 13 Dekabr 2019, 12:20 Azərbaycan millisinin baş məşqçisi istefaya GÖNDƏRİLDİ 13 Dekabr 2019, 12:19 Evlənmək istəyən cütlüklərdə xəstəliklər aşkarlandı - SİYAHI 13 Dekabr 2019, 12:14 Mərkəzi Bank uçot dərəcəsini azaltdı 13 Dekabr 2019, 12:07 BDU-nun professoru jurnalistlərə “seçki iradı” tutdu: belə yazmayın! 13 Dekabr 2019, 12:06 Üç sabiq deputat - Xanımlar seçkilərlə bağlı qərarlarını AÇIQLADILAR 13 Dekabr 2019, 11:57 Gömrükçülər külli miqdarda pirotexniki vasitə AŞKARLADILAR 13 Dekabr 2019, 11:52 Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılır 13 Dekabr 2019, 11:47 Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər 13 Dekabr 2019, 11:38 17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57