Modern.az

Maaşı azaldılan tərbiyəçi-müəllimlərin əməkhaqları bərpa edildi

Maaşı azaldılan tərbiyəçi-müəllimlərin əməkhaqları bərpa edildi

Təhsil

2 Avqust 2023, 14:12

Bir qrup tərbiyəçi-müəllimin əməkhaqqının ödəniş dərəcəsi bərpa edilib.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

 

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb. Daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əmək haqqının ödəniş dərəcəsi bərpa edilib və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər.

 

Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” qanunun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR