Modern.az

XİN-də amerikalı jurnalistlərlə görüş keçirilib - FOTO

XİN-də amerikalı jurnalistlərlə görüş keçirilib - FOTO

Aktual

4 Avqust 2023, 11:08

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ-dan olan jurnalistləri regiondakı vəziyyət barədə məlumatlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, tvitterdə paylaşım edib.

 

XİN rəsmisi ABŞ-dan olan bir qrup jurnalist və media nümayəndələri, o cümlədən BMT Müxbirlər Assosiasiyasının, BMT-nin akkreditə olunmuş üzvləri ilə Bakıda görüşməkdən şad olduğunu bildirib.

 

“Biz regionumuzda və onun ətrafında mövcud vəziyyətlə bağlı interaktiv müzakirələr apardıq”, - A.Hacızadə əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?