Modern.az

Zəlimxan Məmmədli telekanalları “topa” tutdu: “Onlar üz qarasıdır”

Zəlimxan Məmmədli telekanalları “topa” tutdu: “Onlar üz qarasıdır”

2 Avqust 2013, 16:46


 “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli yerli telekanalları çox sərt tənqid edib. Modern.az-ın məlumatına görə, Z.Məmmədli Gürcüstanda keçirilən Elat bayramına dəvət edilməsinə baxmayaraq tədbirə gəlmədiyiniə görə AzTV, İTV, ATV və ANS telekanalları “üz qarası” adlandırıb.

“AzTV-nin, İTV-nin, ATV-nin, ANS TV-nin üz qarası olduğu bir daha təsdiqini tapdı. Biri də  Elat bayramına gəlmədi. Buna mane olan siyasi sistemimizdirsə, onlara züy tutanları da yaxşı tanıyırıq. Bu gün bir gürcü ilə söhbətimizdə bir daha bunun şahidi oldum”-deyə Z.Məmmədli telekanalları tənqidində deyib.

Qeyd edək ki, “Borçalı” Cəmiyyətinin təşəbbüsü ilə hər il Gürcüstanda Elat bayramı keçirilir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir