Modern.az

Nar Mobile də nazirliyin ittihamını cavablandırdı

Nar Mobile də nazirliyin ittihamını cavablandırdı

2 Avqust 2013, 17:15


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatorları “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinin ləngiməsi səbəbi ilə məhkəməyə verməklə hədələyib. Nazirlik qeyd edib ki, hökumət tərəfindən  maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar  bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir və  nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan dəyib.

  Modern.az artıq Bakcell və Azercell şirkətlərindən münasibət öyrənib.  

Məsələ ilə bağlı Azerfon şirkətinin (Nar Mobile) münasibəti isə belə olub:
“Əvvəlcədən bəyan etdiyimiz kimi, Nar Mobile Mobil Nömrə Daşınması sisteminə həm texniki, həm kommersiya nöqteyi nəzərdən tam hazırdır. Biz artıq sistemin tədbiqinə başlamışıq və bir neçə nömrə daşınıb. Nömrə Daşınması Sisteminə keçidlə bağlı məlumat bu yaxınlarda internet səhifəmizdə yerləşdiriləcək”.  

Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir