Modern.az

Azərbaycan ziyalıları bəyanat verdi

Azərbaycan ziyalıları bəyanat verdi

Aktual

3 Avqust 2013, 11:05

Azərbaycan Ziyalılar Birliyi beynəlxalq qüds günü ilə bağlı bəyanat yayıb. Birlikdən Modern.az-a daxil olan məlumata görə, ziyalıların bəyanatına qeyd edilir:

“Beynəlxalq "Quds Günü" təcavüzə və aqressiv işgalçılara qarşı mübarizə günüdür. Mütərəqqi düşüncəli hər bir insan bu taleyüklü mübarizədə içtirak etməyə borcludur.

Qəsbkarlıq, təçavüz, işgal! Bu kəlmələrdən qan-qada, təhlükə, ölüm qoxusu gəlir. Bu xislətin daşıyıcıları həmişə dagıdıcı olub və öz cinayətkar əməlləri ilə dəhşətli bəlalar- müharibələr, kütləvi qırgınlara imza atıblar. Bizlər yüz minlərlə qacqın-didərgin problemi yaşayan, dogma torpaq, yurd itkisi görmüş, Qarabag agrısı çəkən insanlar təcavüz və işgal kabusunun nə oldugunu yaxşı bilirik. Hər birimiz müharibə və münaqişələrin xalqlara, millətlərə dövlətlərə vurdugu ziyan və faciyələrin canlı şahidiyik.

Qüds və Qarabagın taleyindəki  oxşar paralellər haqda düşünərkən,  eləcə də təcavüz və qəsbkarlıgın səbəblərinə nəzər yetirərkən müsəlman ümmətinin başı üzərində hansı real təhlükənin oldugunun fərqinə varmalıyıq.

Bu gün Beytül-Müqəddəs əsarətdədir!

Bu gün Qarabag işgal altındadır! 

Bu gün İraqda, Əfqanıstanda,Suriyada, Misirdə, Fələstində hələ də günahsız və məzlum insanların qanı axıdılır!

Bu gün,nəyin bahasına olursa- olsun , öz taleyini, öz müstəqilliyini, öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaq istəyən neçə-neçə məmləkətlər qəsbkarliq və müstəmləkəçilik, irqçilik və xüdpəsənd millətçilik hissləri ilə idarə olunan üzdəniraq super dövlətlərin hədəfindədir?!

İsrail rejiminin Fələstində, Ermənistanin Azərbaycanda, ABŞ- in Əfqanəstan , Suriya və İraqda , Rusiyanin MDB məkanında çixartdıgı qorxunc"oyunlar" xarici siyasət anlayışına parodiyadir- dəhşətli və qanlı parodiya.

Adı çəkilən " super" dövlətləri qətiyyən narahat etmir ki, dinc əhaliyə zülm və amansızlıq göstərilməsi , kütləvi qirginlar , səbəbsiz qan tökmək  mütərəqqi Dünya Birliyi üçun utanc gətirən agir cinayətlərdir. Onlar öz top-tufənglərinin arxasindan boylanıb heç vəclə görə bilmirlər ki,( bəlkə də görmək istəmirlər) yerlə-yeksan elədikləri, torpaqlarını qamarladıqları, yeralti - yerüstü sərvətlərini mənimsədikləri ləyaqət, mənəviyyat, nəciblik, haqq-ədalət istəyi, barış və xeyirxahlıq arzuları ilə, Allah sevgisi və imanla yaşayan millətlərin ölkəsidir.

Biz düşünürük və buna əminik ki, bu gün heç bir vicdanlı və əxlaqlı adam gunahsız insanların, millətlərin, xalqların faciəsinə biganə qalmamalıdır.

Biz , təcavüskara, qəsbkarlara, istilaya YOX deyirik!

Biz , qlobal fəlakətlərə gətirən bütün müharibə və təcavuzlərə son qoyulmasını tələb edirik! Biz öz dünyamızı erməni separatçilarindan, uzaq-yaxın Şərq dünyasıni isə, Qərb təfəkkürünün  məkirli niyyətlərindən qoruyub - hifs etmək istəyirik. Biz bəşəri dəyərlərin təntənəsini, sülhü, əmin-amanlıgı, insanlarin, dövlətlərin təkamül yolunu seçməsini və buna heç bir alternativ olmamasını sidq ürəklə arzu edirik.     

Biz Qüdsə, Beytul -Müqəddəsə və dədə-baba yurdumuz Qarabaga azadlıq, azadlıq və yenə Azadlıq tələb edirik!

İnşaallah, Haqq-ədalət mübarizəsində Beynəlxalq “Quds Gunu” Beynəlxalq sionizmə qalib gələcək! Biz buna inanırıq”.


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür