Modern.az

Garant Holding-in iftar aksiyası davam edir - FOTO

Garant Holding-in iftar aksiyası davam edir - FOTO

3 Avqust 2013, 12:31

Bu dəfə aksiya səyyar çadırda davam etdi

“Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası davam edir. Dünən, avqustun 2-i  Svetofor və dayanacaqlarda insanlara su və xurma  paylanması ilə yanaşı  şəhərin mərkəzində 28 May metrosunun yaxınlığında C.Cabbarlının heykəli qarşısında qurulan çadırdan iftar açanlara yüngül yemək ikram olundu. Yarım saat ərzində 250 insanın qonaq olduğu mərasim holding əməkdaşlarının iştirakı ilə reallaşdı. holdinq əməkdaşları bildirdilər ki, onlar bu missiyaya imza atmaqdan qürur duyur. Bu, təkcə  holdinqin qarşısında duran korporativ sosial məsuliyyət prinsipi deyil, bu sadəcə onların insanlıq, müsəlmanlıq borcudur. onların bildirdiyinə görə, holdinq insanlara yüksək səviyyəli xidmət, servis göstərməyi qarşısına məqsəd qoyub.

Sözügedən Ramazan aksiyası  Garant Holding-in Dİrektorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü  ilə ənənəvi səciyyə alıb. Qeyd edək ki, bu il aksiyanın səyyar çadırların qurulması ilə genişlənməsində müvafiq rayonların icra hakimiyyəti orqanları öz dəstəyini əsirgəməyib. Belə ki, 28 May metrosu ətrafında keçirilən aksiyanın təşkilində Nəsimi Rayon İcra Hakimiyyəti, şəxsən icra hakimiyyətinin rəhbəri Nəsib Məhəməliyev və müvafiq orqanlar holdingə dəstək göstərib. Aksiya bu gün, şəhərin 10 nöqtəsində svetofor və dayanacaqlarda su və xurma paylanması ilə davam edəcək. Həmin nöqtələri diqqətinizə çatdırırıq.

Şirkət

Lokasiya

Garant Holding

R.Behbudov

Qarant Sığorta

C.Cabbarlı küç. Caspian plaza

Avtomedia

Elmlər Akademiyası metrosu

M-Trans

Avtovağzal

Royal Estate

20 Yanvar metrosu

Transeurocom

28 May metrosu

Ucar Aqro

Vaqif pr

Azbentonit

Xırdalan dairəsi

AzPOD

Nərimanov metrosu

Meridian

Azneft dairəsi


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır