Modern.az

Deputat iftar süfrəsi açdı

Deputat iftar süfrəsi açdı

Aktual

5 Avqust 2013, 10:59

Milli Məclisin deputatı Elmira Axundova bu il növbəti dəfə Ramazan ayı münasibətilə deputat seçildiyi 71 saylı Masallı seçki dairəsi ərazisində Kalinovka və Hişkədərə kəndləri ərazisində hər birində 100-ə yaxın insanın iştirak etdiyi iftar süfrəsi təşkil edib. Keçən illərdə olduğu kimi kəndlərin dindarları, ağsaqqalları bu dəfəki iftar süfrəsində də yaxından iştirak ediblər.

İftar süfrəsidən sonra sakinlər Elmira Axundovaya öz təşəkkürlərini bildirib, ölkə rəhbəri cənab İlham Əliyevə də minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər. Sakinlər bildiriblətr ki, keçən seçkilərdə olduğu kimi bu dəfəki prezident seçkisində də onlar İlham Əliyevə dəstək verəcəklər. Çünki İlham Əliyev bütün xalqın siyasi rəhbəridir və xalq öz oğluna, həqiqi dövlət başçısına sonuna qədər sahib çıxmalıdır.  

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!