Modern.az

Hərəkətdə olan pikap aşdı - Yaralılar var

Hərəkətdə olan pikap aşdı - Yaralılar var

Hadisə

9 Avqust 2023, 23:43

Biləsuvarda pikapın aşması nəticəsində 3 nəfər xəsarət alıb

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan pikap aşıb. Qəza nəticəsində sürücü Bayram Mehrəliyev və sərnişinlər - Kəmaləddin Əsədov və Teyyub Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırna aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə