Modern.az

“Biz at və eşşək ətinin sümüklərini tapdıq, ətin özünü hardasa istifadə etmişdilər” – Rəsmi şəxs

“Biz at və eşşək ətinin sümüklərini tapdıq, ətin özünü hardasa istifadə etmişdilər” – Rəsmi şəxs

5 Avqust 2013, 14:00

Yayın qora bişirən ayı olmasına baxmayaraq, havalar sərin keçir. Adətən yay aylarında həmişə ət və ət məhsullarına nəzarət gücləndirilir. Həmin məhsulların daşınması, istifadəyə yararlı olması, kəsilmə qaydaları və s. diqqətdə saxlanılır. Ötən ay isə Bakının Abşeron rayonu Güzdək qəsəbəsində iki nəfərin at və eşşək ətini paytaxta satmaq məqsədilə gətirdiyi məlum olandan sonra ət məhsullarının mənşəyinə nəzarət daha da gücləndirilib. Bunun ardınca reydlər başlayıb. Mütəxəssislər mənşəyi məlum olmayan ət və ət məhsullarının əsasən dönərxanalara satıldığını iddia edirlər.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Modern.az-a bildirib ki, bu ilin altı ayı ərzində heyvan mənşəlli məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə reydlər keçirilib. Bu ilin birinci yarısı ərzində respublikanın ticarət bazarlarında fəaliyyət göstərən Baytarlıq Sanitariya Laboratoriyasında aparılan müayinələrin nəticələrinə görə, 135 kq mal, 128 kq qoyun, 114 kq donuz, 5894 kq daxili orqanlar, 286 kq balıq əti satışdan kənarlaşdırılıb.  

Xidmət rəsmisinin sözlərinə görə, reydlər zamanı 1761 kq süd və süd məhsulları, 480 kq quş əti, 15 kq bal, 1365 ədəd yumurta da isrtifadəyə yararsız olduğu üçün ticarət obyektlərindən yığışdırılıb.

Yolçu Xanvəli onu da bildirib ki, son bir ayda 560 kq at əti götürülüb və müayinədən sonra heyvanat parkına verilib. Onun dediyinə görə, Abşeronun Güzdək qəsəbəsində aşkarlanan at əti müsadirə olunsa da, Yevlax və Ağdaş rayonunda aşkar olunan at ətinin yalnız sümükləri ələ keçirilib. 

“Abşeronun Güzdək qəsəbəsində iki nəfərin Bakıya satış məqsədilə gətirdiyi at və eşşək əti satışdan əvvəl müsadirə olunaraq yoxlanıldı. Amma Yevlax və Ağdaş rayonlarında aşkar olunan at və eşşək ətinin yalnız sümükləri müsadirə olundu.
Çünki əməkdaşlarımız həmin ərazidə reydlər apararkən ətlər artıq realizə olunmuşdu”–deyə Yolçu Xanvəli bildirib.

Gültəkin ƏLƏSGƏR

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir