Modern.az

Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərginləşib"

Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərginləşib"

Aktual

7 Avqust 2013, 09:55

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cəbhədə vəziyyət yenidən gərginləşib. Bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Paravakar, Mosesqex, Aygedzor kəndlərində yerləşən mövqelərdən Qazax və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, həmçinin Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Eyni zamanda Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Bundan əlavə Tərtər rayonunun Qızıl Oba, Çaylı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?