Modern.az

Sərxoş halda sirkə içdi, öldü

Sərxoş halda sirkə içdi, öldü

19 Avqust 2023, 11:37

Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb.

 

Modern.az xəbər verir ki, hadisə avqustun 18-də rayon ərazisində qeydə alınıb.

 

Belə ki, Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.

 

Həmin zaman evdə olan ailə üzvləri tərəfindən o, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, T.Bilalov avqustun 19-u saat 01 radələrində həmin xəstəxanada ölüb.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə