Modern.az

Qalmaqallı “İlahi məxluq” filmi haqqında bilmədikləriniz - Filmin tam VİDEOsu

Qalmaqallı “İlahi məxluq” filmi haqqında bilmədikləriniz - Filmin tam VİDEOsu

Aktual

7 Avqust 2013, 15:39

Son bir neçə gündə ölkə mediasında az qala siyasi gündəm qədər aktual olan bir mövzu var – rejissor Yavər Rzayevin çəkdiyi “İllahi məxluq” filmindəki bəzilərinin erotik hesab etdiyi kadrların müzakirəsi – sevişmə səhnəsi.

Artıq vəziyyət o həddə çatıb ki, sosial şəbəkələrdə həmin kadları bəyənənlər və bəyənməyənlər cəbhəsi də yaranıb. Və tərəflər bir-birilə “söz atışması”na çıxıb. Bu müzakirələrə adi insanlarla yanaşı, jurnalistlər, sənət adamları da qoşulub.
Həmin görüntülərə etiraz edənlər aktrisa Vəfa Zeynalova ilə onun tərəf müqabili Nurəddin Mehdixanlını qınayırlar. Hər iki baş qəhrəman isə mətbuata açıqlamasında oynadıqları rola haqq qazandıraraq, onları qınayanların səviiyə baxımından geri qaldıqlarını bildiriblər.

Bu arada Modern.az-a məlum olub ki, filmlə bağlı bütün bu müzakirələr, söz-söhbətlər əslində əvvəlcədən qurulmuş plan əsasımnda ortaya çıxıb.  Filmiin yaradıcı heyətinə daxil olan şəxslərdən biri Modern.az-a etiraf edib ki, 2011-ci ildə çəkilmiş “İlahi məxluq”la bağlı bu müzakirələrin 2013-cü ildə gündəmə gəlməsi yaradıcı heyətin qurduğu planın tərkib hissəsidr.

Yəni filmin cəmiyyətdə o qədər də rezonans doğurmadığını görən kollektiv belə bir üsula əl atıb ki, onun “PR” kampaniyasını təşkil etsin.

Başqa bir məlumatda isə bildirilir ki, qurulan plandan daha çox tənqid hədəfi olan Vəfa Zeynalovanın xəbəri yoxdur. Yəni aktrisa başda rejisor olmaqla, yaradıcı heyətin filmin “raskrutka”sı üçün işlətdiyi üsuldan xəbərsizdir.

İstənilən halda son hadisələr nəticəsində bu gün film yetərincə populyardır. “İlahi məxluq” televiziya ekranlarına çıxmasa da, internet saytlarda izlənmə sayı sürətlə artmaqdadır.

 

   
İntiqam Valehoğlu
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir