Modern.az

Hərbçilərimiz Gürcüstanda keçirilən təlimdə - FOTO

Hərbçilərimiz Gürcüstanda keçirilən təlimdə - FOTO

Aktual

24 Avqust 2023, 09:44

Gürcüstanda 21 ölkənin iştirakı ilə “Agile Spirit 2023” çoxmillətli hərbi təlimlər başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 11-ci dəfədir təşkil olunan təlim çərçivəsində Vaziani hərbi aerodromunun ərazisində ilk nümayiş komponenti təqdim olunub. ABŞ Ordusunun Avropa Komandanlığının 173-cü Hava Desant Briqadasının C-17 çoxməqsədli hərbi-nəqliyyat təyyarəsi Vazianidə hava-desant təlimi keçirib. Əməliyyatda Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və müdafiə attaşesi, polkovnik Cozef Bilbo, Müdafiə Qüvvələrinin rəhbərləri və digər səlahiyyətli şəxslər iştirak ediblər.

 

Qeyd edək ki, "Agile Spirit 2023" NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin qərargahında açılıb.

 

Hərbi təlimlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edirlər.

 

1273443

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?