Modern.az

46 yaşlı qadını boğub öldürdü - Polisə təslim oldu 

46 yaşlı qadını boğub öldürdü - Polisə təslim oldu 

Hadisə

24 Avqust 2023, 23:47

Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseynqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub.

 

Qeyd olunub ki, şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə