Arxiv
14 Aprel 2010, 14:50 | PARLAMENT
Oqtay Əsədov Mövlud Çavuşoğlu ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Oqtay Əsədov qonağı AŞPA-nın sədri seçilməsi münasibətilə təbrik edib, ona bu şərəfli işində uğurlar arzulayıb.

Milli Məclisin sədri deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edir. “Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə Avropa dəyərlərinin mənimsənilməsi, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər sahələrdə  çox böyük işlər görülmüş, müsbət nəticələr əldə edilib. Biz inanırıq ki, türk vətəndaşının belə bir nüfuzlu beynəlxalq təşkilata rəhbər seçilməsi əlaqələrimizin daha da genişlənməsinə təkan verəcək”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Oqtay Əsədov deyib ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şuası, münaqişəsinin həlli ilə birbaşa məşğul olan ATƏT bu problemlə bağlı çox mühüm qətnamə və qərarlar qəbul edib. Lakin təəssüflər olsun ki, təcavüzkar Ermənistan beynəlxalq birliyə meydan oxumaqda davam edir və həmin qətnamələri yerinə yetirməkdən boyun qaçırır.

Milli Məclisin sədri Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atacağına ümidvar olduğunu bildirib.

Mövlud Çavuşoğlu AŞPA-nın sədri seçildikdən sonra ilk təbriklərini qardaş Azərbaycan Prezidentindən, Milli Məclis sədrindən və buradakı dostlarından almasından qürur duyduğunu vurğulayıb və buna görə minnətdarlıq edib.

O deyib ki, Azərbaycanın Avropa Şurasına üzv olması bu ölkənin Avropa dəyərlərinə verdiyi böyük önəmdən irəli gəlir. Avropa Şurası bunu yüksək qiymətləndirir və əməkdaşlığımızın daha da genişlənməsi üçün əlindən gələni edəcək.

M.Çavuşoğlu deyib ki, təşkilata rəhbərliyi dövründə ikili standartların ləğvinə çalışacaq. AŞPA sədri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm işlər görüləcəyinə və önəmli nəticələrin əldə oliuunacağına ümidvar olduğunu bildirib.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Hər bir hərbi qulluqçu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirdir - Zakir Həsənov 24 İyun 2019, 18:41 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06 Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!   24 İyun 2019, 18:02 Almaniyadakı iş adamı təkzib istəyir - “Yoxsa məhkəməyə verəcəm! 24 İyun 2019, 18:00 Ərdoğan 25 illik “eşqini” itirdi 24 İyun 2019, 18:00 Gürcüstanda aksiyaçıları döyən 10 polis işdən kənarlaşdırılıb 24 İyun 2019, 17:35 Azərbaycan-Fransız Universitetinin 10 tələbəsi ilk 100-lükdə 24 İyun 2019, 17:29