Modern.az

AŞPA sədri Bakıda TürkPA rəhbərliyi ilə görüşüb

AŞPA sədri Bakıda TürkPA rəhbərliyi ilə görüşüb

Təhsil

14 Aprel 2010, 16:07

Modern.az xəbər verir ki, AŞPA-nın sədri Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində aprelin 14-də Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi ilə görüşüb.

TürkPA-nın baş katibi Ramin Həsənov təşkilatın fəaliyyəti, gördüyü işlər, nəzərdə tutulmuş planları və beynəlxalq əməkdaşlığı barədə AŞPA sədrinə ətraflı məlumat verib. O bildirib ki, TürkPA-nın katibliyi beynəlxalq əməkdaşlığı çərçivəsində Avropa Şurası Parlament Assambleyası və onun katibliyi ilə əlaqələr qurmaq niyyətindədir. TükPA katibliyinin əməkdaşlaının AŞPA katibliyində təcrbə keçməsi, TürkPA-nın AŞPA-da müşahidəçi statusu alması və digər məsələlər ətrafında danışıqlar gedir.

AŞPA sədri Mövlud Çavuşoğlu TükPA-nın yaradılmasını və onun katibliyinin fəaliyyətini yüksək qiymətləndirmiş, bu təşkilatın beynəlxalq miqyasda, eləcə də  türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

M.Çavuşoğlu TürkPA və AŞPA arasında diqloqun və əməkdaşlığın daha da genişləndiriməsi və inkişafı üçün hərtərəfli köməklik göstərəcəyini bildirmiş, katibliyə fəaliyyətində uğurlar arzulayıb.

Sonra AŞPA sədri TürkPA-nın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə TürkPA-nın baş ktibinin Türkiyədən və Qazaxıstandan olan müavinləri də iştirak edib.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi