Modern.az

Tiflisdə azərbaycanlı gənclər "erməni soyqırımı"na qarşı etiraz ediblər

Tiflisdə azərbaycanlı gənclər "erməni soyqırımı"na qarşı etiraz ediblər

Təhsil

14 Aprel 2010, 17:45

Gürcüstanın erməni icması qondarma erməni “soyqırımı”nın tanınması barədə prezident Mixail Saakaşviliyə  və gürcü parlamentinə  müraciət edib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, erməni səyləri Gürcüstanda yaşayan azərbaycanlı gənclər tərəfindən təpki ilə qarşılanıb.      Gürcüstanın azərbaycanlı gənclər Assosiasiyası buna cavab olaraq bəyanat yayıb. Bəyanatda erməni iddiaları və ermənilərin gürcü siyasi elitasına qondarma “soyqırım”ı  sırımaq cəhdləri kəskin pislənilir.  “Biz “soyqırım” iddialarını rədd edir və buna görə də bir sıra dövlətlərin və parlamentlərinin ədalətsiz qərarlarını pisləyirik. Biz rəsmi Ankaranın bu problemin öyrənilməsi üçün öz arxivlərini açmağa hazır olmasına dair verdiyi bəyanat fonunda bir sıra ölkələrin parlamentlərinin ədalətsiz qərarlar qəbul etməsini anlaya bilmirik”, -deyə azərbaycanlı gənclərin  Gürcüstan parlamentinə ünvanladığı  müraciətində bildirilir.

“Əgər bu ölkələr həqiqətin bərpa olunmasında maraqlıdırlarsa, onda ilk növbədə uydurma erməni “soyqırmı”nı deyil, Xocalı faciəsini müzakirə etməlidirlər. Təkcə bir gecədə ermənilər tərəfindən  613 insan öldürülüb, onların arasında 63 uşaq, 106 qadın, 70 qoca da olub. 8 kənd tam məhv olunub, 25 uşaq hər iki valideynindən məhrum olub, 130 nəfər bir valideynini itirib”.

Müraciətdə qeyd olunur ki, ermənilər daha bir qanlı faciəni 1918-ci ilin martında törədiblər.  Erməni millətçiləri tərəfindən 60 min azərbaycanlı öldürülüb. Genosid siyasətini erməni millətçiləri həyata keçiriblər. Onlar bu yolla azərbaycanlıları tarixi yurdlarından qovub və xarici himayədarlarının  köməyi ilə erməni dövləti yaratmağa çalışıblar.

Modern.az-ın ən son məlumatına görə, erməni diasporası bu gün Tiflsin mərkəzində metronun “Avlabar” stansiyası yaxınlığında aksiya keçirib. Aksiyada prezident, parlament, gürcü  siyasi təşkilatlarına qondarma erməni “soyqırımı”nın tanınması barədə müraciət qəbul olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi