Modern.az

Rusiya Qırğızıstana maliyyə yardımı ayırdı

Rusiya Qırğızıstana maliyyə yardımı ayırdı

Təhsil

14 Aprel 2010, 17:52

Rusiya Qırğızıstana maliyyə yardımı göstərəcək. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Vladimir Putinin yanında keçirilmiş bugünkü iclasda maliyyə naziri Aleksey Kudrin bildirib. Onun sözlərinə görə, Rusiya humanitar yardım kimi Qırğızıstana 20 milyon dollar  qrant və 30 milyon dollar güzəştli kredit ayırıb. Kudrin qeyd edib ki, indi Qırğızıstan olduqca ağır vəziyyətdədir və ayrılan vəsaitlər bu ölkədə sosial məqsədli  proqramlara sərf olunacaq. Bundan əlavə, Rusiyanın neft şirkətləri də yaz-yay kənd təsərrüfatı işləri üçün qırğızlara 25 min ton neft məhsulları verməyə hazırdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi