Modern.az

Bağlı qalmış 26 qətl hadisəsinin üstü açıldı

Bağlı qalmış 26 qətl hadisəsinin üstü açıldı

Hadisə

8 Sentyabr 2023, 11:48

Ötən illərdən bağlı qalmış 26 qətl hadisəsinin üstü açılıb.

 

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

 

O bildirib ki, hazırkı tarixə qədər 26 nəfər barəsində 21 nəfərin cinayət işinin istintaqı başa çataraq məhkəməyə göndərilib: “Artıq 15 iş üzrə ittiham hökmü çıxardılıb. Onlardan 1 nəfər barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası məhkəmə tərəfindən verilib. Xüsusilə qeyd edim ki, icraatımızda olan bağlı qalan cinayət işlərinin 20 faizinin peşəkar əməkdaşlarımız tərəfindən üstü açılıb”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə