Modern.az

Erməni vəhşiliklərindən bəhs edən "Genocide" filmi təqdim olunub

Erməni vəhşiliklərindən bəhs edən "Genocide" filmi təqdim olunub

Təhsil

14 Aprel 2010, 18:44

 

Bu gün “Trend” İA-nın konfrans zalında 1918-ci il 31 mart tarixində Qubada dinc əhaliyə qarşı erməni daşnaklarının törətdiyi vəhşiliklərdən bəhs edən "Genocide" sənədli filminin təqdimatı keçirilib.

 

Film Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

 

Təqdimat mərasimdə çıxış edən filmin məsləhətçisi, millət vəkili Qənirə Paşayeva bildirib ki, bu film ermənilərin qondarma "soyqırım"la bağlı yalanlarının qarşısının alınması üçün önəmli bir vasitədir. “Azərbaycanın qeyri-hökumət təşkilatlarının həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu var. QHT-lərin bu istiqamətdə apardıqları işə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın gördüyü işlər örnəkdir”. 

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Günel Paşayeva qeyd edib ki,  aprelin 22-24-də ermənilərin qondarma "soyqırım"la bağlı keçirdiyi tədbirlər ərəfəsində - ABŞ-ın bir neçə şəhərində, həmçinin, Gürcustanda və Türkiyədə "Genocide" filminin təqdimatı keçiriləcək.

Filmin elmi rəyçisi, tarix elmləri doktoru, professor Musa Qasımlı isə hesab edir ki, filmin özəlliyi həm tarixi faktlardan, həm də tarixi yaşadan insanlardan bəhs etməsidir.

Filmin rejissoru və ssenari müəllifi Etibar Məmmədovdur.

"Genocide" filmi ingilis dilində hazırlanıb. Onun Azərbaycan dilində variantı olan "Soyqırım" filminin təqdimatı isə martın sonlarında keçirilib. Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi