Modern.az

İlham Əliyev AŞ PA sədrini qəbul edib

İlham Əliyev AŞ PA sədrini qəbul edib

Təhsil

14 Aprel 2010, 19:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib.
Dövlət başçısı Mövlud Çavuşoğlunu Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib. Türkiyə nümayəndəsinin bu quruma sədr seçilməsini ədalətli qərar kimi qiymətləndirən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi dövrdə Avropa Şurası Parlament Assambleyası üzərinə düşən vəzifələri uğurla icra edəcək. Dövlət başçısı eyni zamanda, Mövlud Çavuşoğlunun Avropa Şurası Parlament Assambleyasının sədri kimi ilk səfərlərindən birinin Azərbaycana etməsini yüksək qiymətləndirib və bu səfərin Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, AŞPA-da uzun illər Azərbaycanın parlament nümayəndə heyəti ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi