Modern.az

Ermənilər Naxçıvanı atəşə tutdu - Ordumuz cavab tədbirləri gördü

Ermənilər Naxçıvanı atəşə tutdu - Ordumuz cavab tədbirləri gördü

Hadisə

12 Sentyabr 2023, 11:24

Sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə