Modern.az

Bakıda dəhşət: Arvadını boğub öldürdü

Bakıda dəhşət: Arvadını boğub öldürdü

Hadisə

14 Sentyabr 2023, 14:32

Bu gün saat 14:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-ci il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Naqzirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə