Modern.az

Mövlud Çavuşoğlu Dövlət Dillər Universitetində olub

Mövlud Çavuşoğlu Dövlət Dillər Universitetində olub

Təhsil

15 Aprel 2010, 10:54

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bu gün səhər Azərbaycan Dövlət Dillər Universitetinə gedib. Modern.az xəbər verir ki, Universitetdə tələbə və müəllimlərin M.Çavuşoğlu ilə görüşü keçirilib. Görüş Dövlət Dillər Universiteti tələbələrinin Avropa Şurasının himnini oxumasıyla başlayıb. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. Ardınca M.Çavuşoğlu çıxış edib. Mərasimdə Avropa Şurası Parlament Assambleyasının sədrinə Azərbaycan Dövlət Dillər Universitetinin fəxri doktoru adı verilib. Rektor Səməd Seyidov bildirib ki, Çavuşoğlu Azərbaycanın Avropaya inteqrasiyası üçün və Avropa dəyərlərinin Azərbaycana gətirilməsində çox işlər görüb. Universitetin Elmi Şurasının qərarı ilə ona fəxri doktor adı verilib. M.Çavuşoğlu isə çıxışında bildirib ki, Azərbaycan AŞ üçün vacib ölkədir. Azərbaycanın Avropaya inteqrasiyası üçün AŞ-nin köməyinə ehtiyac var. "Mən siyasi fəaliyyətimlə bağlı doktorluq dərəcəsi ala bilməmişəm. İndi isə fəxri doktor adına layiq görülmüşəm. Bu, mənim üçün həyat qarantı oldu". Bu gün M.Çavuşoğlu Azərbaycan Dövlət Dillər Universitetindəki tədbirdən sonra Gəncə şəhərinə gedəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi