Modern.az

Jirinovski: “Kaçinskinin təyyarə qəzasına görə məsuliyyəti Rusiya daşıyır”

Jirinovski: “Kaçinskinin təyyarə qəzasına görə məsuliyyəti Rusiya daşıyır”

Təhsil

15 Aprel 2010, 11:15

Polşa prezidenti Lex Kaçinskinin Tu-154  təyyarəsinin qəzasına görə məsuliyyət  Rusiyanın üzərinə düşür. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri , Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dumanın plenar iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, qəzanın baş verməməsi üçün  təyyarəni qəbul edən tərəf  hər şeyi etməlidir. “Əgər biz başqa ölkənin siyasi elitasını daşıyan təyyarənin dumanlı havada yerə enməsinə izazə veririksə, bu, bizim birlikdə hamımızın günahıdır”,-deyə Jirinovski bildirib.

LDP lideri qeyd edib ki, o cür hava şəraitində Polşa təyyarə heyəti adekvat  qərar qəbul edə bilməyib. “Məyər təyyarənin  pilotu enəcəi yeri, bu ölkəni tanıyır, bu havaya bələddi? Bunu yalnız rus təyyarəçisi edə bilər: 100 dəfə eniş edər, hamısı da nomal. Bu həpbi aerodromdur. Orada heç bir aeroport binası belə yoxdur. Meşə və eniş-uçuş  zolağı. Ona görə də qoy bizim nəqliyyat komitəmiz bu işlə məşğul olsun”deyən Jirinovski  qeyd edib ki, gələcəkdə bu cür qəzaların baş verməməsi  üçün sərt qayda qoyulmalıdır: Pis hava şəraitində hava limanları üçuşlar üçün bağlanmalıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi