Modern.az

"Biz ABŞ-ın nümayiş etdirdiyi fəaliyyətdən razı deyilik"

"Biz ABŞ-ın nümayiş etdirdiyi fəaliyyətdən razı deyilik"

Təhsil

15 Aprel 2010, 12:03

"Biz ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində nümayiş etdirdiyi fəaliyyətdən razı deyilik. Bu narazılıq, ilk növbədə, ABŞ-ın münaqişədə nümayiş etdirməli olduğu bitərəf mövqeyi və digər məsələlərlə bağlıdır". Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, Azərbaycan dəfələrlə və müxtəlif səviyyələrdə Dağlıq Qarabağda haqqının, ərazi bütövlüyünün pozulması məsələsini qaldırıb. Amma təəssüf ki, ABŞ-ın bəzi institutları və dairələri erməni lobbisinin təsiri altında neytrallıq nümayiş etdirmir, Ermənistana aşkar şəkildə dəstək verirlər:

"Son zamanlar bu ölkənin siyasəti ona yönəlib ki, Ermənistanı düşdüyü çətin sosial-iqtisadi vəziyyətdən çıxarsın. ABŞ-ın siyasəti onun işğalçı siyasətini nəzərə almadan, bölgədə yürütdüyü işğalçılıq siyasətinə qətiyyən diqqət ayırmadan, Ermənistanı bu əməllərdən çəkindirməyə, təzyiqlər göstərmədən bu ölkəni iqtisadi çətinlikdən çıxarmağa yönəlib. Ona görə də ayrı-ayrı qonşu dövlətlərə, Türkiyəyə və başqalarına təzyiq göstərərək Ermənistana yardım göstərilməsini, onunla sosial-iqtisadi münasibətlər yaratmalarını tələb edir. Biz hesab edirik ki, bu, ABŞ-ın missiyasına, xüsusən də ATƏT-in Minsk Qrupunda reallaşdırdığı missiyasına uyğun gəlmir. Əgər ABŞ doğrudan da bölgədə sülhün yaranmasını, münaqişənin həllini, Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşmasının, regionda reallaşan transmilli layihələrə qoşulmasının tərəfdarıdırsa, buyursun, bu ölkəni işğalçı siyasətdən imtina etməyə məcbur etsin". 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi