Modern.az

Aprelin 18-də Lex Kaçinskinin xatirəsi Azərbaycanda yad ediləcək

Aprelin 18-də Lex Kaçinskinin xatirəsi Azərbaycanda yad ediləcək

Təhsil

15 Aprel 2010, 17:30

2010-cu il aprelin 10-da Rusiyada təyyarə qəzası nəticəsində faciəli surətdə həlak olmuş Polşa Respublikasının Prezidenti Lex Kaçinski, onu müşaiyət edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin xatirəsi Azərbaycanda da anılacaq. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib. Onun sözlərinə görə,  aprelin 18-də

saat 15:00-da Azərbaycan Respublikasının ərazisində insanların və avtomobillərin hərəkətinin dayandırılması, gəmi və qatarların səs siqnallarının verilməsi ilə Polşa hökumət və dövlət xadimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi