Modern.az

700 bal toplayan abituriyentlərlə Bakıda görüş olacaq

700 bal toplayan abituriyentlərlə Bakıda görüş olacaq

20 Avqust 2013, 12:26

Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə Bakıda Gənclər Evində görüş keçiriləcək. Bu barədə Modern.az-a açıqlamasında Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı deyib. O qeyd edib ki, avqust ayının 22-də Gənclər Evində təşkil olunacaq tədbirdə Milli Məclisin deputatları, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından nümayəndələr iştirak edəcək. Eyni zamanda tədbirə bir sıra şirkətlərin nümayəndələri qatılacaqlar və qaliblərə müxtəlif hədiyyələr verəcəklər.

“700 bal toplayan 6 abituriyentə planşet, telefon, eyni zamanda 100 manat məbləğində aylıq təqaüd veriləcək. Bu təqaüd I semestrin imtahanlarına kimi davamlı olaraq veriləcək və əgər onlar sonradan da yüksək nəticələrini qorusalar, təqaüdü ala biləcəklər”.

PJB sədrinin sözlərinə görə, tədbirin keçrilməsində məqsəd 700 bal toplayan 6 abituriyentin ölkə miqyasında tanıdılmasıdır. “Biz istəyirik ki, onları genişl ictimaiyyətə təqdim edək ki, həmin 6 tələbə gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olsun”.

Bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər III ixtisas qrupu üzrə Flora Qafarova, Nərminə Murğuzova, Məhəmməd İsmayılov, Nərmin Məmmədli, IV ixtisas qrupu üzrə Osman Müslümov və Aytən Paşazadədir.

Aytən ƏLİYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir