Azərbaycan və Çin arasında pilotların hazırlanması, bunun üçün təlimlərin təşkil edilməsi müzakirə edilib.
Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, Çinə səfər zamanı bu ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşüb, ölkələr arasında əməkdaşlığın inkişafı haqqında danışıb.
Çinə səfər zamanı ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşdük. Ölkələr arasında əməkdaşlığın inkişafı, o cümlədən pilotların hazırlanması, təlimlərin təşkili haqqında danışdıq.
— Rashad Nabiyev (@RashadNNabiyev) September 28, 2023