Modern.az

Prezident daha bir təməlqoyma mərasimində iştirak etdi

Prezident daha bir təməlqoyma mərasimində iştirak etdi

Aktual

28 Sentyabr 2023, 21:55

Prezident İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoyub.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

 

Bildirildi ki, kompleksin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyaya əsasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.

 

Prezident İlham Əliyev 4-cü yaşayış kompleksinin təməlini qoyub.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir