Modern.az

Prezident və birinci xanım deputatın məzarına əklil göndərdi

Prezident və birinci xanım deputatın məzarına əklil göndərdi

Aktual

29 Sentyabr 2023, 11:32

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib.

 

Modern.az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabanda məzarı üzərinə qoyulub.

 

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

O, sentyabrın 28-də vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir