Modern.az

Qarabağdakı Rusiya vətəndaşlarından müraciət daxil olmayıb - Zaxarova

Qarabağdakı Rusiya vətəndaşlarından müraciət daxil olmayıb - Zaxarova

Aktual

29 Sentyabr 2023, 13:44

Rusiya Xarici İşlər Nazirliyinə Qarabağdakı Rusiya vətəndaşlarından heç bir müraciət daxil olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

O qeyd edib ki, tanınmamış “Dağlıq Qarabağ respublikası”nın ləğvindən sonra Rusiya XİN-ə vətəndaşlardan heç bir müraciət daxil olmayıb. M.Zaxarova əlavə edib ki, belə bir müraciət daxil olarsa, yardım göstəriləcək.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir