Modern.az

Xuntanın “keçmiş müdafiə naziri” Laçın yolunda SAXLANILDI

Xuntanın “keçmiş müdafiə naziri” Laçın yolunda SAXLANILDI

Aktual

29 Sentyabr 2023, 14:22

Qarabada ləğv edilmiş qondarma rejimin “keçmiş müdafiə naziri” Levon Mnatsakanyan Ermənistana keçmək istəyərkən saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

Onun Qarabağdan Ermənistana getmək istəyərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı bildirilir.

Rusiyanın dövlətə məxsus TASS informasiya agentliyinin mənbəsi də məlumatı təsdiq edib.

Levon Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının "müdafiə naziri" olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir