Modern.az

QHT-lər prezident seçkilərinə necə hazırlaşır? - Koalisiya üzvləri ilə Sorğu

QHT-lər prezident seçkilərinə necə hazırlaşır? - Koalisiya üzvləri ilə Sorğu

Qarabağ

21 Avqust 2013, 16:26


Azərbaycanda keçiriləcək prezident seçkisində bir neçə təşkilatın monitorinq aparacağı gözlənilir. Həmin qurumlar müşahidə və monitorinq missiyası ilə bağlı öz işlərini necə quracaqlar?

Modern.az-a açıqlamasında “Şəffaf və Ədalətli Seçkilər Uğrunda” Vətəndaş Cəmiyyəti Koalisiyasının İdarə Heyətinin üzvü Arzu Abdullayeva bildirib ki, artıq monitorinqlə bağlı iş gedir. Eyni zamanda bir neçə QHT-ni özündə birləşdirən “Azad seçki-2013” İctimai Dəstək Qrupunun üzvü olan Arzu Abdullayeva qeyd edib ki, hər iki təşkilat prezident seçkisi ilə bağlı müşahidə və monitorinq missiyasını uzlaşdırılmış şəkildə aparacaq. Hüquq müdafiəçisinin sözlərinə görə koalisiya öz işinin hansı istiqamətdə qurulması ilə bağlı müzakirələr aparır. “Vətəndaş Koalisiyası” üzvlərinin müxtəlif partiya nümayəndələri olmasının müəyyən çətinlik yaratdığını söyləyən A. Abdullayeva vurğulayıb ki, bu problem də yaxın zamanlarda həll olunacaq. “Koalisiya üzvlərinin müxtəlif təşkilatları təmsil etmələrinə baxmayaraq biz fəaliyyətimizi tənzimləyəcəyik”.

Ümid Partiyasının seçki qərargahının rəhbəri Taleh Əliyev də həmin koalisiyasının koordinatorudur. A.Abdulayeva isə Milli Şuranın üzvüdür. Ayrı-ayrı siyasi qurumları təmsil edən bu şəxslərin təmsil olunduğu koalisiyanın monitorinqdəki obyektivliyi cəmiyyətdə şübhə doğurmaya bilməz. A.Abdullayeva qeyd edib ki, buna görə də neytral bir adam koordinator seçiləcək. “Sentyabrdan çox aktiv fəaliyyətə başlayacağıq”, – deyə A.Abdullayeva sonda bildirib.

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov isə qeyd edib ki, artıq bir neçə bölgədə seçkiqabağı mühiti dəyərləndirmək üçün görüşlər keçirilir. O bildirib ki, Azərbaycanın əksər bölgələrində ictimaiyyətlə görüşlər planlaşdırılır. Gəncədə “Azad və Ədalətli seçkilər: Demokratiya Qalası” forumu çərçivəsində görüş keçirdiklərini deyən QHT rəsmisi qeyd edib ki, monitorinq Naxçıvan Muxtar Respublikasında da aparılacaq. R.Qonaqovun sözlərinə görə, hər görüş üçün 4-5 gün vaxt ayrılıb. QHT həmsədri “ekzit-poll” həyata keçirəcəklərini də dilə gətirib. Bölgələrdə partiyaların və namizədlərin nüfuzunun araşdırılması istiqamətində də işlər aparılacağını deyən R.Qonaqovun sözlərinə görə, regionlardakı seçkiqabağı vəziyyəti də geniş işıqlandırmaq niyyətindədirlər.

Jurnalist QHT koalisiyasının koordinatoru Seymur Verdizadə qeyd edib ki, bu təşkilat 2013-cü ildə keçiriləcək prezident seçkisinin monitorinqinin aparılması ilə məşğul olacaq.
“Bu istiqamətdə artıq layihəyə start veriblər. Bununla bağlı yaxın günlərdə mətbuata açıqlama verəcəyik. Bölgələrdə tədbirlərimizi keçirməklə müşahidəçi missiyası həyata keçiriləcək”.  

Aqşin KƏRİMOV
   
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi