Modern.az

"Cəbrayıl"a texniki məğlubiyyət verildi

Aktual

29 Sentyabr 2023, 17:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda 2-ci liqada baş verən qayda pozuntuları ilə bağlı da qərarlar da açıqlanıb.

 

Adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin "Şahdağ Qusar"a qarşı 4-cü tur oyununda meydana çıxmasına görə "Cəbrayıl"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda, "Cəbrayıl" klubu 400 manat məbləğində cərimələnib.

 

Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir