Modern.az

İş adamı təzminatı 8 çuval qəpiklə ödədi - FOTOLAR

İş adamı təzminatı 8 çuval qəpiklə ödədi - FOTOLAR

21 Avqust 2013, 16:44

Çində maraqlı hadisə baş verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, çinli iş adamı məhkəmənin 11 min dollarlıq təzminat qərarına qarşılq olaraq 8 çuval qəpik təqdim edib.

Belə ki, ona məxsus restorana daxil olan cütlük oranın çirkab içində olduğuna görə rəhbərliklə mübahisə edib. Nəticədə cütlük ciddi fiziki xəsarət alır və qalmaqal məhkəməyə qədər gedib çıxıb. Məhkəmə restoran sahibinə cəza olaraq 11 min dollar təzminat kəsib. Sahibkar məhkəmə qərarın qəbul etsə də qeyri-adi üsula əl atıb. Pulu götürmək üçün restorana gedən cütlük çəkisi 400 kq olan 8 çuval metal pulla üz-üzə qalıb. Təzminatı kağız pula çevirmək üçün bir neçə banka müraciət edilsə də, nəticəsiz qalıb. Sonda Çin Sənaye və Ticarət Bankı 8 çuval qəpiyi qəbul edib. Amma bank pulların sayılmasına 18 mütəxəssisi və bir gün vaxt ayırmalı olub.


Ulduz İBRAHİMOVA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir