Modern.az

Kurtulmuş gürcü həmkarı ilə görüşdü 

Kurtulmuş gürcü həmkarı ilə görüşdü 

Aktual

29 Sentyabr 2023, 21:09

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, görüşdə hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.

 

Söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri də müzakirə olunub, həmçinin müxtəlif sahələrdə əməkdaşlıqdan danışılıb.

 

Türkiyə və Gürcüstan parlamentlərinin sədrləri Cənubi Qafqaz regionunda baş verən hadisələri müzakirə ediblər. Bu baxımdan parlament diplomatiyasının əhəmiyyətini vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat