Modern.az

Prezidentin təyyarəsini məxfi silahla məhv ediblər

Prezidentin təyyarəsini məxfi silahla məhv ediblər

Təhsil

16 Aprel 2010, 09:30

“Lex Kaçinskinin təyyarəsini məxfi silahla məhv ediblər”. Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə Rumıniyanın  Romanian Global News agentliyi sensasion məlumat yayıb. Agentlik  Polşa Müdafiə Nazirliyindəki hərbi mənbəyə istinad edir. Məlumatda qeyd olunur ki. Lex Kaçinskinin təyyarəsi Rusiya xususi xidmət orqanları tərəfindən məxfi elektromaqnit silahının tətbiqi nəticəsində qəzaya uğraya bilərdi. Mənbə bu silahın Smolensk hərbi  aerodromunda yerləşdiyini qeyd edir. “Heç vaxt Rusiya üzərində, elektromaqnit silahının yerləşdiyi  hərbi baza yaxınlığında heç bir təyyarədə bu qədər düşmən uçmayıb”,-deyə agentliyin məlumatında bildirilir.

“Bu elə bir təsadüf idi ki, keçmiş “KQB”şnik Vladimir Putin bunu əldən buraxa bilməzdi. Bu Rusiya xüsusi xidmət orqanlarının əlifbasıdır. Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Baş Kəşfiyyat İdarəsi üçün bu yalnız adi əməliyyat idi, bu əməliyyatın adı texniki terminlərdə “düşmən ölkənin hərbi-siyasi liderlərinin məhv edilməsi”dir.  

Mənbə əlavə edir ki, elektromaqnit silahı təkcə müasir hava-nəqliyyat vasitələrinin elektron  cihazlarını deyil, həm də insanların psixikasına təsir edir. “Əks halda, təcrübəli Polşa təyyarə heyətinin  Avropa üçün standart hava şəraitində tamamilə qeyri-məqbul qərar qəbul etməsini başqa cür izah etmək çox çətindir. Qəribəsi odur ki, Kreml təbliğatçıları artıq indi özləri qəzanın baş vermə səbəblərinə dair versiyalarında  dolaşıqlığa yol verirlər, özləri ağılsız versiyalar irəli sürür, özləri də təkzib edirlər. Onlar iddia edirlər ki, birincisi, guya,  pilot rus dilni pis bilib, buna görə də dispetçerin siqnallarını başa düşməyib, ikincisi  isə heyət “rusofob” Kaçinskinin şəxsi göstərişi əsasında eniş edib. Bu cür əsasız iddialar fonunda bir sıra rusiyalı mütəxəssislərin müstəqil beynəlxalq təhqiqat aparmaq cəhdlərinə  Kreml rəhbərliyinin əsəbi reaksiyası tam başadüşüləndir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi