Amerika prezidenti Barak Obamaya sui-qəsd cəhdinin iştirakçıları cəzalarını aldı. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika məhkəməsi Arkanzas ştatından olan 18 yaşlı Pol Şlesselmanı 10 il həbs cəzasına məhkum edib. Assoşeyted press agentliyinin bugünkü məlumatında qeyd olunur ki, Şlesselman məhkəmədə verdiyi ifadədə 2008-ci ildə hələ senator olan Barak Obamanı öldürmək niyyətində olduğunu etiraf edib. Şlesselman və onun əlaltısı 21 yaşlı Daniel Kovart 2008-ci ilin oktyabrında həbs olunublar. Onların ifadələrinə görə, avtomobillə Obamaya yaxınlaşmalı və onu pəncərədən güllələməli idilər. İnternet vasitəsi ilə tanış olan gənclər ağ smokink geyinməyi və başlarına silindr papaq qoymağı nəzərdə tutublar. Prezidenti öldürməzdən əvvəl onlar ən azı 100 afrikalını güllələməyi planlaşdırıblar. Kovart üzrə qərar hələ qəbul olunmayıb, onu 10 ildən 75 ilə kimi həbs gözləyir.