Modern.az

416 hektar meşədə ağac əkiləcək

416 hektar meşədə ağac əkiləcək

Aktual

3 Oktyabr 2023, 10:30

Respublikanın meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam edir.

 

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Modern.az-a bildirib ki, əkin mövsümü ilə əlaqədar Lənkəran, Masallı, Tovuz, Sabirabad, Şabran, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Şəmkir, Gədəbəy və digər rayonların meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 416 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.

 

“Payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək, toxumlar səpiləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat