Modern.az

"Hakken" - "Qarabağ" oyununu avstriyalı hakim idarə edəcək

Aktual

3 Oktyabr 2023, 12:18

İsveçdə yerli "Hakken" və "Qarabağ" komandaları arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

 

Modern.az məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

 

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

 

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

 

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat