Modern.az

Türkiyədə illik inflyasiya 61%-i ötüb

Türkiyədə illik inflyasiya 61%-i ötüb

Aktual

3 Oktyabr 2023, 12:24

Türkiyədə illik inflyasiya sentyabr ayında yenidən artıb.

 

Modern.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin sentyabr ayında inflyasiya 61.53%-ə kimi artıb. Avqust ayında bu rəqəm 58.94% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 4.75%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 49.86% artıb.

 

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 20.16% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.48% ilə restoran və otellər qiymətləri olub.

 

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat