Modern.az

“Biz də deyirdik ki, görəsən Nizamiyə bağışlanan kənd hardadır?”

“Biz də deyirdik ki, görəsən Nizamiyə bağışlanan kənd hardadır?”

23 Avqust 2013, 16:24


Azərbaycanın Goranboy rayonu ərazisində uzun müddət aparılan qazıntı işləri nəticəsində Həmani adlanan kəndin qalıqları aşkar edilib. Mütəxəssislərin fikrincə, bu kənd XII əsrdə Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən böyük şairimiz Nizami Gəncəviyə bağışlanan Həmdünyan kəndidir.

14-cü əsrin müəllifi Həmdullah Qəzvininin yaşadığı kəndin təsviri ilə aşkar edilən kəndin bəzi əlamətləri uyğun gəlir. Görəsən bu tapıntı nizamişünaslığa nə dərəcədə töhfə verəcək?

Modern.az-a açıqlamasında filologiya elmlər doktoru, nizamişünas-alim Sənan İbrahimov bildirib ki, bu, əslində çox böyük işdir. “Uzun illər boyu biz də axtarırdıq ki, görəsən, Nizamiyə bağışlanan kənd hardadır... Çoxları elə onun Gəncəyə kiçik bir ərazi şəklində qarışdığını və ayrıca bir kənd kimi tarix səhnəsindən silindiyini bilirirdi. Amma axtarışlar nəticəsində kəndin Goranboy ərazisində tapılması çox təqdirəlayiq bir işdir. Tapıntıların arasında hansısa yazılı materialın olmağı bizə daha çox vacibdir. Nizami kimi dühanın hansı tarixi materiallardan istifadə etdiyini bizə anlada bilər. Hər halda arxeoloqlar bu qazıntıları davam etdirəcək. Bu, Nizami irsini öyrənməkdə bizlərə kömək edəcək“.

Məti Osmanoğlu (filologiya elmlər namizədi): “İstənilən arxeoloji tapıntının tarix və kulturologiya baxımdan çox böyük əhəmiyyəti var. Nizamiyə gəlincə, oradan nə tapıldığı, tapılan əşyaların Nizami və dövrü ilə birbaşa bağlılıqları aydın olmadıqca, konkret rəy bildirmək çətindir. Hələ ki, söz tarixçilərindir...”.  

Elmin Nuri
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir