Modern.az

Zakir Həsənov həmkarı ilə hərbi təlimləri izlədi - VİDEO

Zakir Həsənov həmkarı ilə hərbi təlimləri izlədi - VİDEO

Aktual

7 Oktyabr 2023, 12:47

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə təlimin gedişatı ilə bağlı müdafiə nazirlərinə məruzə edilib.

 

İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

 

Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.

 

Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, “Xəzri-2023” birgə taktiki təlimində İran Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müşahidəçi qismində işirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?