Azərbaycan Respublikasının dövlət rəmzləri – bayraq və gerb beynəlxalq mühafizə məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq bürosunda qeydiyyata alınıb. Məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.
Azərbaycanın dövlət rəmzlərinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq bürosunda qeydiyyata alınması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi müraciəti əsasında reallaşıb.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının saytında qeydiyyata alınmış dövlət rəmzlərinin təsvirləri yerləşdirilib.
Paris Konvensiyasının müvafiq maddəsinə uyğun olaraq dövlət bayraqları, gerbləri, emblemləri, rəsmi möhürləri və damğalarının əmtəə nişanı kimi, yaxud nişanlarda xüsusi element kimi qeydiyyata alınmasına və istifadə edilməsinə yol verilmir.
Azərbaycan sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına 1995-ci il dekabrın 25-də qoşulub.