Modern.az

Moldovalı Ombudsman Azərbaycana gələcək

Moldovalı Ombudsman Azərbaycana gələcək

Qarabağ

24 Avqust 2013, 11:21


Xəbər verildiyi kimi, avqustun 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq (ATXƏM) Mərkəzi moldovalı Ombudsman Aureliya Qriqoriuya məktub göndərərək, əməkdaşlıq təklif edib. Moldovalı ombudsman cavab olaraq bildirib ki, ATXƏM-in fəaliyyəti ilə tanış olub və təşkilatla bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Əməkdaşlığın praktik olaraq rəsmiləşdirilməsi üçün dünən ATXƏM sədri İlham İsmayılov Moldova Ombudsmanının Azərbaycana gəlməsü üçün rəsmi dəvət məktubu göndərib.
Dəvət məktubunu məmnuniyyətlə qəbul edən xanım Aureliya yaxın vaxtlarda Azərbaycana gəlmək istədiyini bildirib.

Qeyd edək ki, hazırda ATXƏM tərəfindən Moldova Ombudsmanın sentyabr ayının sonuna planlaşdırılan səfərinin proqram və gündəliyi hazırlanır. Xanım Aureliyanın səfəri zamanı onun rəsmi qurumlar, qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımının canlı şahidləri, eləcədə QHT  və media nümayəndələrilə görüşləri nəzərdə tutulur.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!