Modern.az

rusum.az portalı yaradılıb

rusum.az portalı yaradılıb

Təhsil

16 Aprel 2010, 18:18

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış “ Prodemos” və “ Antikorrupsiya Araşdırmalar Mərkəzi ” qeyri hökumət təşkilatlarının birgə təşəbbüsü və əməyi ilə www.rusum.az portalı istifadəyə verilib.

Portal dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumatları vətəndaşlara təmin etmək, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə tövhə vermək məqsədi daşıyır. Sayt üç əsas hissədən ibarətdir: “Tarif və rüsumlar”, “Dövlət orqanlarına müraciət” və “Qanunvericilik”.
Birinci bölmədə ölkənin nazirlikləri, komitələri, dövlət şirkətləri, səhmdar cəmiyyətləri və digər dövlət qurumlarının göstərdiyi xidmətlər, onların müqabilində  ödənişlər, rüsumlar və tariflər barədə geniş məlumat verilib. Bu bölmədə həm də  lazımi ərizə-anket formaları, tələb olunan sənədlərin siyahıları və digər əlaqədar sənədlər öz əksini tapıb.
İkinci bölmədə dövlət qurumlarının ünvanları, telefon nömrələri, qaynar xətt nömrələri, internet səhifələri və elektron poçt ünvanları haqqında məlumat yerləşdirilib.
“Qanunvericilik” bölməsi isə özündə Azərbaycan ərazisində tətbiq edilən bütün tarif və rüsumların istinad etdiyi normativ hüquqi sənədləri əks etdirir.
Bundan əlavə resursda mütəmadi yeniləşəcək faydalı məlumatlar və xəbərlər bölmələri yer alıb. Həmçinin pensiya, avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə bilərlər.
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi