Modern.az

Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar - XƏBƏRDARLIQ

Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar - XƏBƏRDARLIQ

14 Oktyabr 2023, 00:53

Kiberdələduzlar tərəfindən “Azercell” mobil operatoru adından saxta kampaniya həyata keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Vətəndaşlardan onlara göndərilən saxta keçidə daxil olaraq, müəyyən addımları həyata keçirmələri və sonda hədiyyə qazanmaq üçün bu kampaniya barədə məlumatı vatsap vasitəsilə başqa şəxslərə göndərmələri tələb olunur.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və ya şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat